Hərbçilərlə bağlı YENİ XƏBƏR: Əmək pensiyalarına dəyişikliklər edildi – Artıq belə HESABLANACAQbackend

Hərbçilərlə bağlı YENİ XƏBƏR: Əmək pensiyalarına dəyişikliklər edildi – Artıq belə HESABLANACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Dəyişikliyin mahiyyəti tam olaraq nədən ibarətdir? Hansı müsbət və mənfi tərəfləri var?

NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin deputatı Arzu Nağıyev Referans.az-a açıqlamasında bu mövzu haqqında danışıb.

“Hərbçilərlə əlaqəli hissə “Əmək pensiyaları haqqında” qanunun 9.5 və 9.5 2-ci, 9.6, 20.14 2-ci maddələrinə təklif olunan dəyişikliklərdir. Burada məlumdur ki, 9.6-cı maddədə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunur. Yəni söhbət əmək pensiyasından gedir. Əlavə olaraq, vaxtilə “Əmək pensiyaları haqqımda” qanuna dəyişiklik edilərək Azərbaycan Respublikasının qanunu ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay hərbi xidmət keçmiş şəxslərin məhkəmin qərarı ilə qüvvəyə minmiş hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid olan şəxslərin əmək pensiyasını yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün idi. Bu redaksiyanın qanunda mətn üzrə aidiyyatı maddələrinin göstərilməməsi bu şəxslərin əmək pensiyasının hesablanmasında çətinlik yaradırdı. Ona görə də bu şəxslərin pensiyasının yenidən hesablanması və dəqiqləşdirilməsi üçün təkliflər verilib”.

Deputat bildirib ki, 9.5.2 və 20.14.2 maddələrində müvafiq olaraq “25 təqvim ili” ifadəsindən əvvəl “buraxıldığı günə” sözləri əlavə edilir. Burada əsas məqsəd hərbi xidmətdə qalmaya təşviq etmək və daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən, daha az hərbi xidmət edən və pensiya hüququ əldə edən qulluqçuların pensiya məbləği arasında sosial ədaləti qorumaqdır.

“Qanunun 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxıldığı günə 20 təqvim ili hərbi xidmət etmiş qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərclərinin 50 faiz miqdarda pensiya verilir. Əgər hərbi xidmətdən yaşa görə buraxılırsa, buraxıldığı günə qədər 12 il 6 ay hərbi xidmət keçmiş, həmin tarixə 25 il ümumi iş stajı olmayan, lakin sonradan işləyərək bu stajı tamamlayan şəxslərə də hərbi pensiya hüququ yaradılarsa, onda həmin qanunun 20.14.2-ci maddəsində də həmin şəxslərə də müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilməsi anlaşıla bilər. Görüldüyü kimi, bu 20 təqvim ili və daha çox hərbi xidmət keçmiş şəxslər 12 il 6 ay xidmət etmiş şəxsin pensiya təminatları fərqləndirilmiş və nəticə etibari ilə hərbi qulluqçuların hərbi xidmətdə qalması təşviq edilmişdir. Bu dəqqiləşdirici düzəliş olduğunda maliyyə yükü yaranmayacaqdır”.

Arzu Nağıyev qeyd edib ki, hərbçilərin hərbi xidmət keçdikləri coğrafi ərazilərə görə də fərqlər mövcud olacaq.

“Bir məsələni də qeyd edim ki, hərbi xidmətdən yaşa görə buraxılmış və buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın ən azı 15 ilini hərbi xidmətdə keçirən şəxslərə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxs kateqoriyası kimi baxılmalıdır və baxılacaqdır”.