Hərbçimiz niyə həlak oldu?backend

Hərbçimiz niyə həlak oldu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq həlak olub.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.

Mərhumun 3 azyaşlı övladı qalıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib:

“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.