Hərbi ekspert: Antiterror əməliyyatına başlamağın vaxtıdır!backend

Hərbi ekspert: Antiterror əməliyyatına başlamağın vaxtıdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni separatçıları son iki gündür atəşkəs rejimini pozaraq, Azərbaycan ordusuna qarşı təxribatlar törədir. Ötən gün Ağdam, Xocalı, Goranboy, Tərtər istiqamətində atəşkəsi pozan düşmən bu gün Ağdam və Ordubaddakı mövqelərimizi atəşə tutub.

Erməni ordusu adekvat cavab tədbirləri ilə susdurulub. Hazırda əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarəti altındadır.

NOCOMMENT xəbər verir ki, erməni silahlı birləşmələrinin intensivləşən təxribatları barədə modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan ordusu dərhal hərəkətə keçərək, antiterror əməliyyatlarına başlamalıdır: “Erməni təxribatları Rusiya sülhməramlılarının bivecliyini çılpaq şəkildə göstərir. Atəşin açıldığı ərazilərə müvəqqəti olaraq rus sülhməramlı qüvvələri nəzarət etməlidir. Ancaq görünür ki, onlar bunu edə bilmir. Digər tərəfdən ermənilərin təxribata əl atması antiterror əməliyyatına başlamaq üçün zəmin yaradır”.

Ekspertin sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyi çox rahat şəkildə antiterror əməliyyatı keçirə bilər: “Bu əməliyyat artıq başlamalıdır. Mən hər zaman deyirəm, biz gecikməməliyik. Bu unikal şansdan, imkandan istifadə etməliyik. Beləliklə, Qarabağda qalan tör-töküntüləri də silib-süpürüb atmalıyıq”.

“Ermənilər atəş açmaqla göstərmək istəyirlər ki, guya onların ordusu var. Nələri var ki, bir qotur keçidi ortada, o da deyir pulumuz yoxdu, vəziyyətimiz ağırdır. Söhbət terrorçu Araik Arutyunyandan gedir.

Azərbaycan vaxt itirməməlidir. Bu gün Rusiyanın başı Ukraynaya qarışıb. Demək olar ki, tam gücü ilə hələ orada əlləşir. Azərbaycan atəşkəsin pozulması faktından istifadə edib, düşmənə qarşı lazımı olan addımları atmalıdır. Yaxın günlərdə hesab edirəm ki, bunun şahidi olacağıq”, – deyə Üzeyir Cəfərov vurğulayıb.