Xarkov vilayətində Kupyansk üzərində nəzarət Rusiya Silahlı Qüvvələrinin bölmələrinə Ukrayna ordusunun bir qrupunu məhv etməyə imkan verəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu Lenta.ru ilə söhbətində hərbi ekspert, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk deyib.
“Kupyansk Xarkov sənaye rayonuna ən qısa yoldur. Bu, həm də logistika mərkəzlərindən biridir”, – o qeyd edib və vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatının pozulması Xarkov istiqamətində bütün qrupun məhvinə gətirib çıxaracaq.
Matviyçuk əlavə edib ki, Rusiya da öz sərhədləri boyunca təhlükəsizlik zonası yaratmaq imkanı əldə edəcək.