Hərbi əməliyyat Ukraynanı Qərbin qandallarından azad etməyə kömək edəcəkbackend

Hərbi əməliyyat Ukraynanı Qərbin qandallarından azad etməyə kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi hərbi əməliyyat (SVO) Ukraynanı Qərbin neokolonial qandallarından azad etməyə kömək edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində yazıb.

O qeyd edib ki, 2014-cü ilin fevralında baş vermiş dövlət çevrilişi nəticəsində Ukrayna siyasi subyektivliyini tamamilə itirib. “Bu ölkə üzərində faktiki olaraq kənar nəzarət qurulub ki, bunun bütün dünyada misalları saysız-hesabsızdır”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

“Aydındır ki, indi Ukraynanı neokolonial buxovlardan azad etmək yalnız xüsusi hərbi əməliyyatın bütün tapşırıqlarını yerinə yetirdikdən sonra mümkün olacaq”, – o vurğulayıb.