Hərbi helikopter qəzaya uğradı – 3 nəfər ölübbackend

Hərbi helikopter qəzaya uğradı – 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzair ordusuna məxsus hərbi helikopterin ölkənin şimal-qərbindəki Ayn Defla şəhərinin boş ərazisinə düşməsi nəticəsində 3 nəfər həlak olub.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Mİ-171 tipli hərbi helikopterin planlı təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Helikopterdəki 3 hərbi ekipaj üzvünün həyatını itirdiyi vurğulanan açıqlamada qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.

Baş Qərargah rəisi Səid Şankarihan həyatını itirən əsgərlərin ailələrinə baş sağlığı verərək helikopterin qəzaya uğraması ilə bağlı araşdırma əmri verildiyini qeyd edib.