Hərbi məhkəmədə şok: Zalda zərərçəkmiş özünü yandırmaq istədi – MTN işibackend

Hərbi məhkəmədə şok: Zalda zərərçəkmiş özünü yandırmaq istədi – MTN işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

NOCOMMENT-in teleqraf-a istinadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.

Hakim Elbəy Allahverdiyev açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə göstəriş verib.

Bu gün baş tutan iclasda zərərçəkmiş Əfsəl Həsənəliyev məhkəmə zalında üstünə yandırıcı mayə tökərək özünü yandırmaq istəyib. Buna səbəb vəsatətlərinin təmin edilməməsi olub.

Onun intihara cəhd etməsinin qarşısı alınıb. Polisin köməyilə məhkəmə zalından kənarlaşdırılıb.