Hərbi polisin maliyyə xidmətinin sabiq rəisinə hökm oxunubbackend

Hərbi polisin maliyyə xidmətinin sabiq rəisinə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin (MN) Hərbi Polis idarəsinin, həmçinin bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş və 1 milyon 900 min manat mənimsəmədə təqsirləndirilən Sadiq Hacıyevə hökm oxunub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hökm Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

Hökmə əsasən, o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.