Hərbi prokuror Qarabağdakı kütləvi məzarlıqlardan DANIŞDIbackend

Hərbi prokuror Qarabağdakı kütləvi məzarlıqlardan DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Dövlət Komissiyasının siyashısında bunların hamısı dəqiq var. Təxminən 450 nəfərə yaxını şəxsiyyəti bəlli olmayan insan qalıqları aşkarlanıb. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda Edillidə 2 yerdə, və Xocavəndin Daşbaşı kəndində, Xocalı rayonunun Fərrux kəndində belə məzarlıqlar aşkar olunub.

NOCOMMENT.az xəbər verir ki, bunu Trend-ə Hərbi prokuror Xanlar Vəliyev deyib.

Hərbi Prokuror bildirib ki, onların da böyük bir qismi kütləvi məzarlıqlarda aşkar olunur.

“Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub. Amma hissə-hissə də azad olunmuş ərazilərdə bərpa tikinti quruculuq işləri gedişində bu məzarlıqların bir qismi orataya çıxır. Edillidəki məzarlıqları o vaxt əsirlikdə olan vətəndaşımız göstərmişdi. Hətta müharibədə iştirak edən əsir hərbçiləri belə öldürmək olmaz. Çünki ABŞ-ın “Hərb əsirlərlə rəftara dair təsdiq etdiyi pakt var. Cenevre Konvensiyası pozulub. Büütün bunlar hamısı cinayətdir. Və hər bir faktla bağlı cinayət işi başlanıb”, – deyə o əlavə edib.