Hərbi Prokurorluq əsgərin döyülməsini ARAŞDIRIRbackend

Hərbi Prokurorluq əsgərin döyülməsini ARAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə NOCOMMENT-ə Respublika Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

F.Əliyev qeyd edib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda əsgərin döyülməsini əks etdirən görüntülər yayılıb. Videonun Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində çəkildiyi bildirilib.