Hərbi Qənimətlər Parkında ziyarətçilərə köhnə biletlər satılır? – FOTObackend

Hərbi Qənimətlər Parkında ziyarətçilərə köhnə biletlər satılır? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Hərbi Qənimətlər Parkının ziyarətçilərinə köhnə, yəni daha əvvəl başqa ziyarətçilərə satılmış biletlərin satılması ilə bağlı iddia yayılıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məlumatı yayn şəxs, ona satılan biletin yerində çap edilmədiyini, əvvəlcədən çap edilmiş biletlərin arasından seçilib verildiyini yazıb: “Bu gün nəhayət ki, hərbi qənimətlər parkına getdim. 30 dəqiqəlik növbədən sonra kassaya çata bildik. 6 bilet istədim, xanım 3-5 dəqiqədən sonra qarşısında qalaqlanmış biletlərdən 6 dənə seçib verdi.

Bu ana qədər hər şey normal görünürdü. Amma qarşıda turniket və əllərində QR kod yoxlamaq üçün cihaz olan iki xanım gözləyirdi. Xanımlar bir-bir biletləri skan edir və cihaz hər dəfə “not found” (tapılmadı) – deyə siqnal verir. Səbəbini soruşduqda “olur belə şey” dedilər. Biletləri atmaq üçün zibil qutusu olmadığından cibimə qoydum. Daha sonra atmaq istəyərkən bizə köhnə bilet satıldığını, cihazın bu səbəbdən QR tanımadığını anladım. Yəni bileti alarkən saat 16:45 olsa da, biletin üzərindəki saat 10:00 olaraq qeyd olunmuşdu və kassada onun çap edilmədiyini, məhz masa üzərindən seçilib verildiyinə şahidəm. Ziyarətçi sayını süni şəkildə az göstərərək kimlərinsə cibini doldurmasını iddia etmək istəməzdim, amma başqa fikir də ağlıma gəlmir. Toplanan vəsait YAŞAT fonduna yatırıldığından buna bir açıqlama verilməsi lazımdır!”.