Hərbi təyyarə məktəbə çırpıldı – Ölənlər varbackend

Hərbi təyyarə məktəbə çırpıldı – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeş Hərbi Hava Qüvvələrinə aid F-7 BGI təlim təyyarəsinin ölkənin paytaxtında kollec şəhərciyində qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Associated Press yazıb.

Qəza nəticəsində uşaqlar da daxil olmaqla 50-dən çox insan yaralanıb.

Təyyarə Banqladeşin paytaxtı Dəkkə şəhərinin şimalında qəzaya uğrayıb.

***14:07

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Dəkkədə məktəb şəhərciyinə düşüb. 

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı bir nəfər ölüb, əksəriyyəti tələbələrdən olan 13 nəfər yaralanıb.

Banqladeş Ordusu qəzaya uğrayan təyyarənin F-7 BGI olduğunu açıqlayıb.//Unikal