Hərbi vəziyyət pisləşəcək – Rusiya rəsmisibackend

Hərbi vəziyyət pisləşəcək – Rusiya rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi sahədə vəziyyəti ciddi şəkildə pisləşdirəcək və ən arzuolunmaz nəticələrə gətirib çıxaracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko TASS-a bildirib.

O, həmçinin deyib ki, Rusiya Federasiyası Finlandiya və İsveçlə diplomatik əlaqələr saxlayır:

“Diplomatik təmaslar həmişə saxlanılır, səfirliklər var. Amma İsveç və Finlandiya sanksiyalara qoşulub, onlar Qərbdə başlanan anti-Rusiya kampaniyasında iştirak edirlər, bu, günün reallığıdır”.

Qruşkonun sözlərinə görə, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya Federasiyası təhlükəsizliyi və müdafiəni təmin etmək üçün lazımi tədbirlər görməyə məcbur olacaq. Əlavə olaraq o, qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi-siyasi vəziyyətin köklü dəyişməsi deməkdir.

Nazir ümavini deyib ki, İsveç və Finlandiyanın onilliklər ərzində neytral statusu bu dövlətlər və region üçün çox yüksək səviyyədə təhlükəsizliyi təmin edib.