Hərbi xidmətdə olan övladlarının yanından qayıdan ailə qəzaya düşüb, ölən varbackend

Hərbi xidmətdə olan övladlarının yanından qayıdan ailə qəzaya düşüb, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106”  avtomobili ilə digər minik avtomobilinin toqquşması nəticəsində sürücü – Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü – Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.