Ukrayna Təhlükəsizlik Xidməti (SBU) səfərbərlik yaşında olan kişilərə hərbi xidmətə çağırışdan yayınmaq məqsədilə ödənişli xidmət göstərməkdə şübhəli bilinən səkkiz nəfərin saxlanıldığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Ətraflı tədbirlər nəticəsində səkkiz nəfər saxlanılıb. Onlar 3,5 mindən 15 min ABŞ dollarına qədər məbləğ qarşılığında hərbi xidmətə çağırılanlara kömək edirdilər”, – qurum bildirib.