Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozdu – SON DƏQİQƏ

Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozdu – SON DƏQİQƏ

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyindən NOCOMMENT.az-a bildiriblər ki, düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.