Azərbaycan Gənclər və İdman Nazirliyi Milli Orduya dəstək məqsədilə videoçarx hazırlayıb.
NOCOMMENT.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, videoçarxda son bir neçə gündə Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə düşmənin bəzi hərbi obyektlərinin ordumuz tərəfindən məhv edilməsinin görüntüləri də yer alıb.
Həmin videonu təqdim edirik:











