Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.












