İyulun 16-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçan aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.











