Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.
V.Dərgahlı NOCOMMENT-ə açıqlamasında deyib ki, bu, yanlış məlumatdır. “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”, – deyə nazirlik rəsmisi əlavə edib.
Qeyd edək ki, Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke də Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarmışdı.
Report











