Hərbiyə alternativ xidmət yaradılsın – Təklifbackend

Hərbiyə alternativ xidmət yaradılsın – Təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alternativ xidmət haqqında” qanunun hazırlanması və qəbul edilməsi təklif edilir.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində təsbit edilib ki, vətəni müdafiə hər bir vətəndaşın borcudur.

Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Alternativ xidmət haqqında” qanunun hazırlanmasını və qəbul edilməsini məqsədəmüvafiq hesab edir.