Heroin qəbul edən taksi sürücüsü saxlanıldı – FOTO/VİDEObackend

Heroin qəbul edən taksi sürücüsü saxlanıldı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Balahəsən Ağayev sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.