Hesablama Palatasının yeni Strateji İnkişaf Planı təsdiq edilibbackend

Hesablama Palatasının yeni Strateji İnkişaf Planı təsdiq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il üçün sonuncu Kollegiya iclasında Hesablama Palatasının 2021-ci il üçün İş Planının layihəsi müzakirə edilib.

NOCOMMENT bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda Hesablama Palatasının 2021-ci il üçün İş Planında “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq növbəti ildə kənar dövlət maliyyə nəzarət tədbirləri və fəaliyyət üzrə hesabat, məlumat, rəylərin hazırlanması, həmçinin, fəaliyyətin təşkili üzrə metodiki, maddi-texniki, insan resursları, informasiya təminatı və beynəlxalq fəaliyyət üzrə nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib, layihə Kollegiya tərəfindən təsdiq olunub.

İclasda eyni zamanda, Hesablama Palatasının uzunmüddətli dövr üçün inkişafını müəyyən edən və qurumun müxtəlif göstəricilərə nail olunması üçün baxış, missiya, dəyərlər, aralıq və yekun nəticələrini və fəaliyyət istiqamətlərini əks etdirən mühüm sənəd olan Hesablama Palatasının yeni Strateji İnkişaf Planının (SİP) layihəsi müzakirə edilərək təsdiq edilib.

Yeni SİP IDI-ın (INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının) İnkişaf Təşəbbüsləri) “Ali Audit Qurumlarının Strateji İdarəetmə Təlimatı” əsasında hazırlanıb. Eyni zamanda, IDI tərəfindən Ali Audit Qurumlarının fəaliyyətinin qiymətləndirilməsi (SAI PMF) adlı proqramın nəticələri, həmçinin əsas maraqlı tərəflərin gözləntiləri təhlil edilərək yeni strateji sənəddə nəzərə alınıb.