Həsən Dəmirçi Əskişehirdə anıldı – FOTObackend

Həsən Dəmirçi Əskişehirdə anıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən “Dəmir Mizrab” adlı tədbir keçirilib.
 
NOCOMMENT.az zəbər verir ki, 50 nəfərin iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Daha sonra bütün həyatını azərbaycançılıq məfkurəsinə həsr etmiş Güney azərbaycanlı Həsən Dəmirçinin həyatından bəhs edən “Dəmir Mizrab” sənədli filmi nümayiş etdirilib. Sənədli filmdə Həsən Dəmirçinin gənclərə vətənə məhəbbətin aşılanması, onların milli ruhda yetişdirilməsi üçün göstərdiyi fədakarlıqlardan söz açılıb.
Azəryar Danişver “Güney Azərbaycan İncəsənət Hekayəsi” və şeirləri ilə iştirakçıları duyğulandırıb. Tədbir Sonay Ruhi və Elcan Danişverin ifasında musiqili proqram davam etmişdir.
Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın tədbirdə aktiv iştirak edən musiqiçilərə və iştirakçılara təşəkkürnamə təqdim edildikdən sonra xatirə şəkli çəkilib.
Qeyd edək ki, şair, yazıçı və musiqiçi Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub. O, bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib. H.Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. Mərhum professor Məhəmməd Tağı Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin qurucularından biri olub.
Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabın müəllifidir. Dəfələrlə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan H.Dəmirçi 2018-ci ildə Təbrizdə vəfat edib.

Həsən Dəmirçi Əskişehirdə anıldı -  FOTO
Həsən Dəmirçi Əskişehirdə anıldı -  FOTO
Həsən Dəmirçi Əskişehirdə anıldı -  FOTO