İsrailin hava hücumu nəticəsində öldürülən Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın gizli şəkildə dəfn edildiyi iddia edilib.
NOCOMMENT.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə “Hizbullah”a yaxın mənbələrin verdiyi məlumatda bildirilib.
H.Nəsrullahın gizli dəfn edilməsinin səbəbi isə İsrailin onun dəfn mərasimini hədəf alacağından çəkinmələri olub.
Bu səbəbdən də “Hizbullah”ın baş katibi müvəqqəti olaraq gizli yerdə dəfn edilib.
NTV-nin verdiyi məlumata görə, dəfn mərasimi təhlükəsizlik şəraiti uyğun olduqda ictimaiyyətə açıq keçiriləcək. Adının açıqlanmasını istəməyən Livan rəsmisi, ABŞ-dan dəfn mərasiminin hədəf alınmayacağına dair zəmanət istəndiyini, lakin Vaşinqton administrasiyasının bu tələbə müsbət cavab vermədiyini bildirib.
Qeyd edək ki, “Hizbullah”ın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta hücumu zamanı öldürülüb.