Hizbullahın keçmiş lideri Həsən Nəsrullahın kürəkəni İsrailin hava hücumu nəticəsində ölüb.
NOCOMMENT.az xəbər verir ki, İsrailin dünən Dəməşqin Mezzeh rayonunda 3 mərtəbəli binaya endirdiyi hava zərbəsi nəticəsində Nəsrullahın kürəkəni Həsən Kasir həlak olub.
Kasir həm də dünən İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi hava hücumunda öldürülən Hizbullahın yüksək səviyyəli komandiri Məhəmməd Cəfər Kasirin qardaşı olub.
Xəbəri Suriya İnsan Haqlarını Müşahidə Qrupu qeyri-hökumət təşkilatı da təsdiqləyib.
Dəməşqə endirilən aviazərbə nəticəsində azı 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.