Həsən Ruhaniyə qarşı şok ittiham: Dosye məhkəməyə göndərildibackend

Həsən Ruhaniyə qarşı şok ittiham: Dosye məhkəməyə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamenti keçmiş prezident Həsən Ruhani dönəmində koronavirusla (COVID-19) mübarizə prosesinin düzgün idarə olunmaması ilə bağlı ittihamların yer aldığı hesabatı araşdırması üçün məhkəməyə göndərib.

NOCOMMENT.az xəbər verir ki, Ruhaninin pandemiya ilə mübarizədəki addımlarından bəhs olunan və parlamentin Səhiyyə Komitəsi tərəfindən hazırlanan hesabat millət vəkillərinə də təqdim edilib.

Hesabat 235 deputatdan 167-si tərəfindən qəbul edilərək araşdırma üçün məhkəməyə göndərilib.

İctimaiyyətə düzəlməz maddi və mənəvi ziyan vurduğu iddia olunan hesabatda keçmiş prezident Ruhaninin səlahiyyət müddətində sədrlik etdiyi Koronavirusla Milli Mübarizə Şurası və hökumətin pandemiyaya yanaşması yersiz hesab olunub. Həmçinin qeyd edilib ki, Ruhani hökuməti pandemiya vaxtı istehsal və idxalla bağlı ziddiyyətli qərarlar verib.

Hesabatda Ruhani hökuməti dövründə koronavirusla mübarizədə atılan addımların ölkədə ciddi ölümlərə səbəb olduğu və İranın ölüm hallarının ən yüksək olduğu ölkələrdən biri olduğu deyilib.

Həsən Ruhani hələlik məsələyə münasibət bildirməyib.
Teleqraf.com