Həştərxanda yaşayış binası uçubbackend

Həştərxanda yaşayış binası uçub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Həştərxan vilayətində yaşayış binasının bir hissəsi uçub.Mash Telegram kanalı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Həştərxanda beşmərtəbəli yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb.

“Evin uçması nəticəsində bir sakin ölüb”, – nəşr yazır.

Qeyd olunur ki, bu, beşinci mərtəbədə yaşayan evin yaşlı sakinidir. Evakuasiya elan ediləndə onun enməyə vaxtı olmayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə,bina uçmazdan əvvəl 37-si uşaq olmaqla, ümumilikdə 213 nəfər binadan çıxarılıb.