Həyat yoldaşı Xalq artistinin səhhəti ilə bağlı DANIŞDIbackend

Həyat yoldaşı Xalq artistinin səhhəti ilə bağlı DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

NOCOMMENT report-a istinadla xəbər verir ki, bunu onun həyat yoldaşı Güllü Hüseynova deyib.

O qeyd edib ki, xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.