Həyat yoldaşının ölümü kişilərə daha pis təsir edirbackend

Həyat yoldaşının ölümü kişilərə daha pis təsir edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşının ölümü qadınlarla müqayisədə kişilərə daha pis təsir edir.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Naked Science” nəşri yazıb.

Nəşr qeyd edib ki, Kopenhagen Universitetinin alimləri 925 min nəfər yaşlı insanı əhatə edən altı illik tədqiqat aparıb və belə qənaətə gəlib. Alimlərin qənaətinə görə, kişilərin sevdiyi şəxsi itirməsindən sonrakı bir il ərzində ölmə ehtimalı daha yüksəkdir. Bunun səbəbi ailədəki gender rolları və qadınların psixoloji cəhətdən stabil olması ola bilər.

Araşdırma zamanı məlum olub ki, 65-69 yaşlı kişilərin həyat yoldaşını itirməsindən sonrakı bir il ərzində ölmək şansı onların dul olmayan həmyaşıdları ilə müqayisədə 70% daha çoxdur. Qadınlarda bu göstərici 27% təşkil edir.