Heydər Əliyev prospekti ilə bağlı sürücülərə MÜRACİƏTbackend

Heydər Əliyev prospekti ilə bağlı sürücülərə MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah səhər saatlarından Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Görülən işlər zamanı yolda hərəkət məhdudlaşdırılmayacaq.