Heydər Əliyev prospektində baş verən avtoqəzada xəsarət alanların SON DURUMU AÇIQLANDIbackend

Heydər Əliyev prospektində baş verən avtoqəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son durumu açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-u, saat 15:10-da iki nəfər (bir kişi cinsli, bir qadın cinsli) hospitalizasiya olunub.

“Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir”, – deyə məlumatda bildirilir.

16:16

“Paytaxtın Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.

O, qeyd edib ki, hadisə BYD markalı avtomobilin sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

“Hadisə nəticəsində Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan BYD markalı 77-UY-524 dövlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan “Ford” markalı 99-JN-288 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Hadisə nəticəsində BYD-nin sürücüsü, 1974-cü il təvəllüdlü Anar Şahmar oğlu Nəcəfov xəsarət alıb. Əraziyə DYP əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır”, – deyə T.Nəsirli bildirib.

15:34

Paytaxtın Nizami rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən yaranan sıxlıq aradan qaldırılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsinin baş verdiyi andan qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.

14:48

Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədirlər və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.