Gəncədə yanğın olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində baş verib.
Sözü gedən ərazidə yerləşən gözəllik salonunda anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.Yanğın söndürülməsi istiqamətində işlər gedir.
Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.









