Heydər Əliyev və Azərbaycan səhiyyəsibackend

Heydər Əliyev və Azərbaycan səhiyyəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolu tarixi bir həqiqətdir. 

Ulu Öndər üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu.

Keçən əsrin 60 – cı illərinin sonu, 70- ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Ümummilli Lider ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.

Bu gün Azərbaycan səhiyyəsi Ulu Öndərin yürütdüyü siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.

Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün Ulu Öndərin siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir.

Hörmətlə ,

Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin  tabeliyində olan “Yeni Klinika” publik hüquqi şəxsin direktoru vəzifəsini icra edən baş həkim Cavid Nazim oğlu Paşayev