Heydər Əliyevlə bağlı sənədli film – VİDEObackend

Heydər Əliyevlə bağlı sənədli film – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Rusiya Federasiyasının Krasnoyarsk vilayətində fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin təşkilatçılığı ilə Krasnoyarskın TBK telekanalında görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Komitədən NOCOMMENT.az -a verilən məlumata görə, Beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin rəhbəri Ceyhun Cəfərov bildirib ki, xalqımızın ümummilli liderinin anadan olmasının 98-ci ildönümü münasibətilə tamaşaçılara təqdim olunacaq 28 dəqiqəlik “Şəxsiyyətin cazibəsi” (“Обаяние личности”) sənədli filmi mayın 10-da Bakı vaxtı ilə saat 12:00-da nümayiş etdirilib.

Filmi ТВК kanalının internet səhifəsindən də izləmək mümkündür.