Həyət toylarında reyd: 2 736 nəfər şənliyə buraxılmadıbackend

Həyət toylarında reyd: 2 736 nəfər şənliyə buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 2-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 288 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT-ə verilən məlumata görə, monitorinq 226 şadlıq sarayında, 62 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

2 736 nəfər “COViD-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.