Heylinin sponsorları Trampın əsas rəqibini dəstəkləməyə başlayıblarbackend

Heylinin sponsorları Trampın əsas rəqibini dəstəkləməyə başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentlik yarışında iştirak üçün kampaniyasını dayandıran Nikki Heylinin ən zəngin donorları Donald Trampın əsas rəqibi, hazırkı dövlət başçısı Co Baydeni dəstəkləməyə başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Belə ki, Heylinin əsas tərəfdarlarından biri, iş adamı və media maqnatı Harri Sloan bildirib ki, o, “zəngin dostları və biznes liderlərini” Trampı dəstəkləməyə inandırmağa çalışır.

O, artıq bir sıra iş adamları ilə əlaqə saxladığını və Bayden üçün ianə aksiyası keçirməyi planlaşdırdığını vurğulayıb.

Bir müddət əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Nikki Heyli prezidentlik yarışından imtina etdiyini açıqlamışdı.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.