Heyvanlar zəlzələləri əvvəlcədən hiss edir?backend

Heyvanlar zəlzələləri əvvəlcədən hiss edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heyvanların zəlzələləri hiss etdiyi dəfələrlə iddia edilsə də, elm hələ də bu mövzuda kifayət qədər məlumat verə bilməyib.

NOCOMMENT.az xəbər verir ki, Amerika Seysmoloji Cəmiyyətinin 2018-ci ildə apardığı və Geo Science World jurnalında dərc edilən araşdırmada heyvanların zəlzələni əvvəlcədən hiss edib-etmədiyi  araşdırılıb.

Tədqiqat çərçivəsində 160 zəlzələ və 130 növ arasında qeyri-adi davranışa dair dərc edilmiş 700-dən çox hesabat müzakirə edilib. Araşdırmaya zəlzələdən əvvəl depressiyaya düşdüyü bildirilən bir pələngin də yer aldığı bildirilib.

Alman Yer Elmləri Tədqiqat Mərkəzinin tədqiqatçılarından biri olan seysmoloq Heiko Vois qeyd edib ki, dərc olunmuş iddiaların çoxu düzgün müşahidələrə əsaslanmır. İnsanlar zəlzələdən əvvəl, zəlzələ zamanı və ya sonra heyvanları diqqətlə müşahidə etmirdilər, buna görə də məlumatlar iki tərəf arasında əlaqə yaratmaq üçün kifayət deyildi. Ancaq maraqlı bir şey var idi.

Tədqiqatçılar bütün bildirilmiş halların 90 faizinin episentrdən 100 kilometr məsafədə və zəlzələdən 60 gün əvvəl baş verdiyini aşkar ediblər.

Vois “Bundan belə nəticəyə gəlirik ki, heyvanların anormal davranışlarının heç olmasa bəziləri anterior şoklarla əlaqəli ola bilər.”deyə bildirib.

Nəticədə, tədqiqat zəlzələlər və heyvanlar arasında əlaqəni sübut edən məlumatlar təqdim etməsə də, heyvanların zəlzələləri hissetməsi kimi fərqli bir ehtimal ortaya qoyub.

NOCOMMENT.AZ