Hikmət Hacıyev Aİ səfirləri ilə görüşdübackend

Hikmət Hacıyev Aİ səfirləri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tvitter hesabında bildirib.

“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm.

Almaniya hər iki münaqişə tərəfinin oraya mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqdir”, – alman diplomat qeyd edib.

Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara, Türkiyə səfiri Cahit Bağçı və Böyük Britaniya səfirinin müavini də iştirak edib.