Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdibackend

Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: ölənlərin sayı 20-yə yaxınlaşır. Onların hamısı günahsız dinc sakinlər idi”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

Smerç kasset raketləri istifadə olunub. “Human Right Watch” və “Amnesty İnternational”ı Ermənistanın bu cür cinayətlərini yerindəcə incələməyə dəvət edirik”, – deyə o vurğulayıb.