Hikmət Hacıyev: “Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var”backend

Hikmət Hacıyev: “Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezident köməkçisi 4 nəfərin həyatını itirdiyini, 14 nəfərin isə ağır şəkildə yaralandığını qeyd edib:

“Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralananlar sırasında 9-15 yaşlarında 4 nəfər uşaq var”.