Hikmət Hacıyev: Bərdədə ölənlərin sayı 20-yə çatıbbackend

Hikmət Hacıyev: Bərdədə ölənlərin sayı 20-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amnesty İnternational” və “Human Rights Watch” İnsan haqları təşkilatlarını Ermənistanın soyqırımı cinayətlərini yerində qiymətləndirməyə dəvət edirik.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan ordusunun Bərdəyə terror hücumunu şərh edərkən bildirib.

O vurğulayıb ki, Smerç bombacıqlarından istifadə olunan soyqırım aktında qurbanların hamısı mülki şəxslərdir. Hadisə nəticəsində ölənlərin sayı 20-yə çatıb.