Hikmət Hacıyev erməni kilsəsinin sökülməsi iddialarına münasibət bildiribbackend

Hikmət Hacıyev erməni kilsəsinin sökülməsi iddialarına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, o, bununla bağlı tvitterhesabında paylaşım edib:

“2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdim. Orada qeyd etmişdim ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Növbəti tvitində isə Prezidentin köməkçisi tikilinin heç də dinc əhali üçün nəzardə tutulan kilsə olmadığını diqqətə çatdırıb: “2017-ci ildə Azərbaycan tərəfinin istəyi ilə ATƏT-in Minsk Qrupu həmsədrləri Cəbrayılda tikilmiş qanunsuz ibadətgahı ziyarət etdilər. Onlar bu tikilinin əsgərlərin xidməti üçün hərbi şəhərcik ərazisində tikilmiş ibadətgah olduğu qənaətinə gəldilər. İşğal olunmuş torpaqların dini / mədəni xarakterini dəyişmək üçün istənilən cəhd qanunsuzdur…”