Hikmət Hacıyev: Erməni separatçılarının lideri ağır yaralanıbbackend

Hikmət Hacıyev: Erməni separatçılarının lideri ağır yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ordumuzun dəqiq zərbəsi nəticəsində Dağlıq Qarabağdakı erməni separatçıların “rəhbəri” Araik Aratyunyan ağır yaralanıb”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Araik Aratyunyan, sən ön xətdə deyilsən, bunkerdə gizlənmişdin. Azərbaycan silahlı qüvvələri sən bunkerdə də tapdılar və dəqiq endirilmiş zərbə nəticəsində Araik Aratyunyan ağır şəkildə yaralıdır. Gəncəyə görə, Azərbaycanın digər şəhərlərinə qarşı törədilmiş bu cinayətin cəzasını aldın. Sənin kimi digər hərbi cinayətkarlar da, müharibə cinayətkarları da öz layiqli cəzalarını alacaqlar”, – deyə H.Hacıyev vurğulayıb.