Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidirbackend

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan xalqının irsi və əmlakına qarşı ağlasığmaz vandalizm, ekoloji soyqırımı həyata keçirdikdən sonra hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter profilində paylaşıb.

“Ermənistan İkinci Dünya müharibəsinin işğalçı dövlətləri kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir”, – deyə H.Hacıyev bildirib.