Hikmət Hacıyev: “Maskanı çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur!”backend

Hikmət Hacıyev: “Maskanı çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Samanta Pauerə cavabında bildirib.

“Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb.

Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi kimi o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyəti məsələsini qaldırmağa və BMT TŞ-nin qətnamələrinin icrasını tələb etməyə cürət etməyib.

“Aurora” mükafatının himayəsi altında Samanta bu fondun qurucusu, Ukraynada separatizmi maliyyələşdirən bədnam oliqarx və pul yuyan Ruben Vardanyan ilə birləşdi. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı çirkli pulların yuyulmasına görə sanksiya tətbiq edilməsini tələb etdilər. Ruben Vardanyan 2022-ci ilin oktyabrından Qarabağda peyda olduqdan sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkofobiya, siyasi korrupsiya, “puldan söhbət” və “Aurora” mükafatı çərçivəsində siyasi spekulyasiyalar, ehtimal ki, Ruben Vardanyan və Samanta Pauerin ortaq dəyərləri və maraqları idi.

Maskanı çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!