KoronaVirus İnformasiya Portalı
Hikmət Hacıyev: Məcburi köçkünlərin evlərinə qayıtmaq hüququ varbackend

Hikmət Hacıyev: Məcburi köçkünlərin evlərinə qayıtmaq hüququ var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan 30 ildir Ermənistanın işğalı və təcavüzündən əziyyət çəkir. Mülki əhalimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyib.

“Buna görə də Azərbaycan Silahlı Qüvvələri bu əks-tədbirləri və əks-hücumları həyata keçirir, Ermənistanın təxribatlarına cavab verir və danışıqlar prosesi də Ermənistanın destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olduğundan Ermənistanı sülhə məcbur edir”, – deyə H.Hacıyev bildirib.

O vurğulayıb ki, bu gün BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən təcili, qeyd-şərtsiz və tam çıxarılmasına dair dörd qətnamə var: “Bununla belə, Ermənistan mülki vətəndaşlarımıza hücum etməyə davam edir. Məcburi köçkünlərin isə öz evlərinə qayıtmaq hüququ var və məhz erməni işğalı səbəbindən onlar bunu edə bilmir”.