Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
“1-2 oktyabr – Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr – Düşənbədə MDB Sammiti”, – Prezidentin köməkçisi xatırladıb.