Hikmət Hacıyev: Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədirbackend

Hikmət Hacıyev: Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə toplantısı barədə paylaşım edib.

NOCOMMENT.az   xəbər verir ki, bu barədə o, “X”də yazıb.

Prezidentin köməkçisi bildirib ki, builki Zirvə toplantısı “Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunub:

“Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas narahatlıq və başlıca prioritet olaraq qalır. Türk dünyası bizim ortaq ailəmizdir və qlobal güc mərkəzinə çevrilməkdədir”.