Hindistan ABŞ-dan F-35 döyüş təyyarələri və digər hərbi texnika almaqdan imtina edib, bu isə ABŞ prezidenti Donald Trampın əsas tələbi idi.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, Hindistanın baş naziri Narendra Modinin hökuməti ABŞ-dan məhsul alışını artırmağı nəzərdən keçirir, lakin əlavə ABŞ müdafiə avadanlığı almaq ehtimalı azdır.
Nəşr vurğulayır ki, Tramp Hindistan baş nazirinin Ağ Evə səfəri zamanı döyüş təyyarələrinin alınmasını təklif etmişdi, lakin Yeni Dehli ölkədə müdafiə texnikasının birgə inkişafı və istehsalına üstünlük verir.